Tarix

Müsəlman Qadınlar Klubu

1920-ci ildə Əli Bayramov adına Müsəlman Qadınlar Klubu təsis edilmişdi. Ceyran Bayramova, Ayna Sultanova, Məsmə Məmmədova, Mələknisə Məlikova klubun fəal üzvləri idilər. Klubda təsviri incəsənət şöbəsi Qeysər xanım Kaşıyevaya həvalə olunmuşdu. O, ilk müsəlman rəssam qadın idi. Həmin dövrdə Qeysər xanım Zaqafqaziya Müsəlman Qadınlarının Xeyriyyə Cəmiyyətinin fəal üzvlərindən biri kimi tanınırdı. 1923-cü ildə klubda “Şərq Qadını” jurnalı nəşr olunmağa başlayır. Həmin dövrdə Müsəlman Qadınlar Klubu, həm də onun nəzdində çıxan “Şərq Qadını” jurnalı cəmiyyətdə çox məşhur idi. 1936-cı ildə Əli Bayramov adına Qadınlar Klubunun 15 illiyi ilə əlaqədar Gülarə Qədirbəyova “Bir Sarayın Tarixi” adlı kitab yazmışdır.